""Bayer"in zəif tərəfləri də var" - Andrey Lunev

11:10 - 28 Fevral 2024

"Qarabağ"ın "Bayer"dən aldığı qapıçısı Andrey Lunev Avropa Liqasının 1/8 final mərhələsində Almaniya klubu ilə oyun haqda danışıb.

 

Manset.az xəbər verir ki, rusiyalı əlcək ustası rəqib komandadan çəkinmək fikrində olmadığını dilə gətirib.

“Bir tərəfdən, onlarla yenidən oynamağım çox xoşdur. Digər tərəfdən, bu, başqa mərhələdə baş versəydi, daha yaxşı olardı.

Amma bəzi üstünlüklərim var ki, onlarla iki oyun keçirmişik - tanış komandadırlar. Onların necə oynaması, onlara qarşı necə oynaya biləcəyimiz, güclü və zəif tərəflərinin nə olduğu barədə anlayış var.

Mənfi cəhətləri də var. Bu futboldur. İstənilən rəqiblə oynaya bilərsən və oynamalısan”, - Lunev “Çempionat”ın müxbiri Oleq Lısenko ilə söhbətində deyib.

Qeyd edək ki, klublar arasında ilk oyun martın 7-də Azərbaycanın Tofiq Bəhramov adına stadionunda baş tutacaq. Cavab oyunu martın 14-də Almaniyada keçiriləcək.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin