"Zirə" öz meydanında son dəqiqələrdə uduzdu

23:00 - 29 Aprel 2024

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

 

Manset.az  axar.az-a istinadən xəbər verir ki, günün yeganə oyununda "Zirə" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib.

Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 89-cu dəqiqədə İqor Ribeyro vurub.

Bu nəticədən sonra "Zirə" 49 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. "Araz-Naxçıvan" isə 35 xalla səkkizinci yerə yüksəlib.

Turun əvvəlki oyunlarında "Sabah" "Səbail"i 2:0, "Kəpəz" "Qəbələ"ni 1:0, "Neftçi" "Turan Tovuz"u 3:0, "Sumqayıt" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin