"Sərhədsiz Həkimlər": Qəzzada minlərlə insan “səssiz qətllər"in qurbanı olur

20:13 - 29 Aprel 2024


"Sərhədsiz Həkimlər" beynəlxalq xeyriyyə təşkilatı hesabatında bildirib ki, Qəzza zolağında yerli sakinlər təkcə hava hücumları səbəbindən deyil, həm də "səssiz qətllər" ucbatından ölürlər. 


Manset.az xəbər verir ki, hesabatda Qəzza zolağının 32 mindən çox sakininin silahlı münaqişənin qurbanı olduğu, 75 min nəfərin isə yaralandığı bildirilir. Daha 8 min nəfərin binaların dağıntıları altında qaldığı güman edilir. 

Bundan əlavə, "səssiz qətllər"in, yəni normal şəraitdə qarşısı alına bilən çökmə və antisanitar şərait nəticəsində yaranan xəstəliklərdən ölüm halları da yüksək səviyyədədir.

“Hətta atəşkəs olsa belə, Qəzzada su, kanalizasiya və mənzil şəraitinin yaxşılaşdırılması üçün lazım olan vaxta görə minlərlə belə ölümün baş verməsi ehtimalı var”, deyə hesabatda bildirilir.

Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib.

Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi idi.

Jalə

Manşet.az


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin