Tbilisidə izdihamlı aksiya keçirildi

22:40 - 29 Aprel 2024

Tbilisidə izdihamlı aksiya keçirildi

Tbilisidə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşkilatçılığı ilə izdihamlı mitinq keçirilib.

 

Manset.az xəbər verir ki, aksiyada təxminən 150 mindən çox partiya üzvü və tərəfdaş iştirak edib.

Mitinqdə iştirak üçün on minlərlə Gürcüstan vətəndaşı avtobuslarla bölgələrdən paytaxta gətirilib.

Rustaveli prospektində, Azadlıq meydanında və ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Hakim partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili, hökumət başçısı, parlamentin sədri, Tbilisinin meri və digər rəsmi şəxslər mitinqdə iştirak ediblər. Onlar "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyalarının xalqın mövqeyini əks etdirmədiyini bildiriblər. Mitinqin qanun layihəsinə ictimai dəstəyin olduğunu göstərmək üçün təşkil olunduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Tbilisidə 2 həftədən çoxdur bəhs edilən qanun layihəsi əleyhinə etiraz aksiyaları keçirilir.


Xəbər xətti

23 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin