DEAŞ terror təşkilatına qarşı "Bozdoğan-32" əməliyyatı: 8 nəfər həbs olundu

19:12 - 29 Aprel 2024

DEAŞ terror təşkilatına qarşı

 İstanbulun Beykoz bölgəsində DEAŞ silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikayanın sosial media hesabından açıqlama verib. 

O açıqlasasında, “Bozdoğan-32” əməliyyatı ilə İstanbulun Beykoz bölgəsində DEAŞ silahlı terror təşkilatına bağlı olduğu müəyyən edilən və bomba istehsalından xəbəri olan 2 nəfər yaxalanıb. Tutulan şübhəlilərlə əlaqədar 6 adam da nəzarətə alınıb.

Həmçinin qeyd edib ki, İstanbul İl Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində K.A-nın bombalı hücum hazırladığı müəyyən edilib və bomba istehsalında istifadə edilən kimyəvi maddələrlə partlayışın baş verib-verməyəcəyini sınaqdan keçirirdi. Müsadirə edilən və bomba istehsalında istifadə olunacağı təsbit edilən kimyəvi maddələrin genişmiqyaslı partlayışlara səbəb ola biləcəyi aydın olub.

Əməliyyatlar nəticəsində bomba istehsalında istifadə edilən çoxlu sayda material ələ keçirilib.

Jalə

Manşet.az


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin