“Qarabağ”ın qapıçısı Rusiya millisindən dəvət gözləyir

13:30 - 28 Fevral 2024

“Qarabağ”ın qapıçısı Rusiya millisindən dəvət gözləyir

“Qarabağ”ın futbolçusu Andrey Lunyov Rusiya millisindən dəvət gözləyir.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu 32 yaşlı qapıçı “Championat”a açıqlamasında deyib.

Lunyov yığmanın əsas heyət üzvü olmağı hədəflədiyini bildirib: “Millidən zəng var idi, amma hələ dəvət yoxdur. Yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi. Mən təkcə çağırılmaq yox, oynamaq istəyirəm. Təbii ki, dəvət gözləyirəm”.

Qeyd edək ki, Rusiya millisi martda Serbiya və Paraqvay yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin