Prezident keçmiş məcburi köçkünlərin işlə təmin edilməsindən danışdı
16 May 2024
17:45 - 29 Aprel 2024
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə üç tona yaxın qızıl alıb.
Manset.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Belə ki, 31 dekabr 2023-cü il tarixinə fondun qızıl ehtiyatı 101,8 ton (3 272 974,8 troya unsiyası) təşkil etdiyi halda aprel ayının 1-nə bu rəqəm 104,6 tona (7 499 milyon dollar) qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son üç ayda 2,8 ton və ya 2,8% artırıb.
Qeyd edək ki, bu ilin ilk rübündə ARDNF-nin investisiya portfelində qızılın payı 13,2% təşkil edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin