Vəzifəli şəxsin bahalı avtomobili müəmmalı şəkildə yandı - FOTOLAR

15:13 - 29 Fevral 2024

Vəzifəli şəxsin bahalı avtomobili müəmmalı şəkildə yandı - FOTOLAR

Sumqayıt şəhərində "Toyota" markalı minik avtomobilinin yanar hissələri və yaxınlıqda "GAC” markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.

 

Manset.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə fevralın 28-nə keçən gecə Sumqayıtın 6-cı mikrorayonu ərazisində baş verib. Hadisə zamanı "GAC" markalı avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxu.az-ın yaydığı məlumata görə, tamamilə yanan "Toyota Land Cruiser" markalı avtomobil Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın müdiri Nizami Əhmədova məxsus olub.

N.Əhmədov hadisənin müəmmalı şəraitdə baş verdiyini bildirib və müraciəti əsasında aidiyyəti qurumlar tərəfindən araşdırmanın aparıldığını deyib.




Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin