Sumqayıtda qohumlar arasında münaqişə qanla bitdi

19:47 - 1 Mart 2024

Sumqayıtda qohumlar arasında münaqişə qanla bitdi

Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində qətl hadisəsi törədilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub.

Araşdırma aparılır.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin