"Ramil Şeydayev bir gün mütləq Rusiyaya qayıdacaq"

23:25 - 7 Mart 2024

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin agenti Jelko Dekiç hücumçunun “Kocaelispor”a (Türkiyə) uyğunlaşmasından danışıb,

 

Manset.az xəbər verir ki, o, "Metaratings"ə açıqlamasında Şeydayevin Rusiya Premyer Liqasına mümkün qayıdışı ilə bağlı sualı da cavablandırıb:

“Türkiyə çempionatı Ramilə çox yaraşır. Şeydayevin əla fiziki hazırlığı var, amma ona bir az vaxt lazımdır. Sonra əla oynayacaq. Onun komandası Türkiyə Superliqasına vəsiqə qazanmaq üçün favoritlər sırasındadır. Şeydayev Rusiya Premyer Liqasına qayıtmağı planlaşdırır? Rusiya onun evidir. Ramil bir gün mütləq qayıdacaq”. 

Qeyd edək ki, Sankt-Peterburq "Zenit"inin yetirməsi olan Şeydayev Rusiyada "Dinamo" (Moskva) və "Krılya Sovetov", Azərbaycanda isə "Sabah"la "Qarabağ"da çıxış edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin