Ağalıda tonqal qalandı - FOTO

21:00 - 12 Mart 2024

Ağalıda tonqal qalandı - FOTO

İşğaldan azad olunan Zəngilanda həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Ağalı sakinləri artıq bayramları öz doğma kəndində qarşılayır. Bu gün isə sakinlər Ağalıda Yel çərşənbəsinin tonqalını alovlandırıb.

 

Manset.az xəbər verir ki, Ağalı kəndində Yel çərşənbəsi də yaddaqalan keçib. Yel çərşənbəsində keçəl və kosa uşaqlara əyləncəli anlar yaşadıb, öz boxçalarından onlara şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hədiyyə ediblər. Həmçinin yumurta döyüşdürüb, digər oyunlar oynayıblar.

Kəndin mərkəzində Yel çərşənbəsinin tonqalı alovlandırılıb, yallı və şən musiqi sədaları altında rəqslər olub.

Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Ağalıda 175 ailə olmaqla, 871 nəfərin məskunlaşması təmin olunub.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin