Kəlbəcərdə qəzada yaralanan şəxs Bakıda öldü

12:15 - 17 Mart 2024

Kəlbəcərdə qəzada yaralanan şəxs Bakıda öldü

Martın 13-ü Kəlbəcər rayonunda qəzada yaralanan şəxs Bakıda xəstəxanada vəfat edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Əhmədov Lətif Suriddin oğlu idarə etdiyi “HOVO” markalı yük avtomobili ilə Kəlbəcər rayonu, Yanşaq kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yoldan çıxaraq müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

O, ötən gün müalicə aldığı Bakı şəhərində yerləşən 1 nömrəli Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Hazırda faktla bağlı Kəlbəcər RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin