Bakıda sürücü sükan arxasında huşunu itirən qadını ölümdən belə qurtardı - ANBAAN VİDEO

20:40 - 19 Mart 2024

Bakıda sürücü sükan arxasında huşunu itirən qadını ölümdən belə qurtardı - ANBAAN VİDEO

Bakıda dəhşətli qəzanın qarşısı alınıb.

 

Manset.az Titul.az-a istinadən xəbər verir ki, hadisə martın 11-i səhər saatlarında hava limanı yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-TF-571 dövlət nömrə nişanlı “MG” markalı avtomobili idarə edən sürücünün halı qəflətən pisləşib.

Nəticədə o, idarəetməni itirib və nəqliyyat vasitəsi qeyri-ixtiyari sağa-sola doğru hərəkət etməyə başlayıb. Bu zaman vəziyyəti anlayan hərəkətdə olan digər avtomobilin - “KIA” markalı avtomobilin sürücüsü yaranmış təhlükənin faciə ilə nəticələnməməsi üçün vaxtında müdaxilə edib.

Beləcə, öz həyatını təhlükəyə atan həmin sürücü avtomobilini qəzalı avtomobilin önünə keçirərək bu üsulla nəqliyyat vasitəsinin sürətini azaldıb və onun qarşısında dayanaraq, sürücüsü sükan arxasında özündən gedən maşını saxlamağa nail olub. O, daha sonra avtomobilindən düşərək epilepsiya xəstəsi olan qadına ilkin tibbi yardım göstərib. Həmçinin ərazidə olan digər sürücülər də köməyə gəliblər. 

Hadisənin videosunu təqdim edirik:


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin