Azərbaycanda 31 yaşlı kişinin əlində fişəng partlayıb

21:50 - 20 Mart 2024

Azərbaycanda 31 yaşlı kişinin əlində fişəng partlayıb

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.

 

Manset.az “Report”a istinadən 1993-cü il təvəllüdlü E.Novruzovun əlində pirotexniki vasitə (fişəng) partlayıb.

O, əlindən ağır xəsarətlər alaraq, rayon xəstəxanasına aparılıb. E.Novruzova ovuc və ovuc nahiyəsinin cırılmış yaraları, vətər, sinir və damarların zədəsi, ikinci barmağın distal amputasiyası və cırılmış yaraları, əl sümüklərinin sınıqları diaqnozu qoyulub.

Yaralıya zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin