Portuqaliyaya yeni Baş nazir təyin edildi

08:59 - 21 Mart 2024

Portuqaliyaya yeni Baş nazir təyin edildi

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Sosial Demokrat Partiyasının sədri Luiş Monteneqrunu ölkənin yeni Baş naziri təyin edib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

“Respublika Prezidenti martın 10-da Respublika Məclisinə (parlamentə) keçirilən seçkilərdə iştirak edərək deputat mandatı almış partiya və partiyaların koalisiyalarını dinlədiyindən, Demokratik Alyans isə mandat və səslərə görə seçkilərdə qalib gəldiyindən, Respublika Prezidenti Luis Monteneqrunu Baş nazir təyin etmək qərarına gəlib”, - dövlət başçısının mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, Monteneqru yeni Nazirlər Kabinetinin tərkibini Prezidentə təqdim edib.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin