Emin Tümendəki konsertini ləğv etdi

14:58 - 26 Mart 2024

Emin Tümendəki konsertini ləğv etdi

Moskvada "Crocus City Hall"da baş verən terror aktından sonra Tümendə bir sıra konsertlər ləğv edilib.

 

Manset.az Olay-a istinadən bildirir ki, bu barədə kp.ru-da məlumat yayılıb. Bildirilir ki, Martın 25-də "Surganova və Orkestr" qrupunun qeyri-müəyyən müddətə təxirə salınmış konserti keçirilməli idi. Bundan başqa, Emin Ağalarovun çıxışı da ləğv edilib, CAGMO orkestrinin "Einaudi Soundtracks" konserti ilə çıxışı martın 23-dən iyunun 28-nə təxirə salınıb.

Qeyd olunur ki, alınmış biletlər digər tədbir tarixləri üçün də keçərlidir, ona görə də onları geri qaytarmağa ehtiyac yoxdur.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin