“Solovyovun uydurmalarının arxasında bir neçə məkrli məqsəd var” - Vasif Həsənli

13:22 - 27 Mart 2024

“Solovyovun uydurmalarının arxasında bir neçə məkrli məqsəd var” - Vasif Həsənli

“Vladimir Solovyovun “Crocus City Hall” terrorunda azərbaycanlı izi axtarması onun növbəti qeyri-ciddi sözləridir, lakin burada jurnalistin məkrli niyyətləri də aydın görünür”.

 

Manset.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a “Demokrat.az” xəbər portalının rəhbəri Vasif Həsənli bildirib.

Onun sözlərinə görə, Solovyovun bu uydurmalarının arxasında bir neçə məkrli məqsəd var.

“Birincisi, Rusiyada etnik zəmində qarşıdurma yaratmaq və azərbaycanlıları hədəfə çevirmək arzusundadır. İkinci niyyəti Azərbaycan-Rusiya münasibətlərini pozmaq cəhdidir.

Üçüncüsü, Azərbaycanın adını terror təşkilatlarına bağlamaqla ölkəmizin imicini zədələməyə çalışır. Təbii ki, planlı şəkildə həyata keçirilən bu prosesdə Solovyov təkbaşına deyil. Rusiyadakı erməni diasporu uzun müddət ərzində Azərbaycanla bağlı belə planları həyata keçirməyə cəhd göstərir. Misal üçün, 2016-cı ildə Aram Qabrielyanovun Marqarita Simonyanla yazışmaları yayılmışdı. Onlar Azərbaycanın adının İŞİD-lə hallandırılması üçün informasiya kampaniyasını necə həyata keçirmək haqda müzakirə aparır, “terrorçuların Qarabağa gətirildiyi” iddiasının tirajlanmasından bəhs edirdilər. Solovyovun da eyni şəbəkəyə bağlı olduğu sirr deyil. Baş verən terror aktını da Azərbaycanın əleyhinə növbəti kampaniya üçün fürsət olaraq görürlər”.

Baş redaktor qeyd edib ki, Solovyovun ictimai rəyi çaşdırmağa hesablanmış uydurmaları Rusiya hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqın gedişinə də müdaxilə cəhdidir:

“Bu cür manipulyativ iddialar hər şeydən öncə Rusiyanın dövlət maraqlarına uyğun deyil. Ona görə Rusiyanın dövlət orqanları Solovyov və onun sifariş aldığı erməni şəbəkəsinin Bakı-Moskva münasibətlərini pozmağa hesablanmış bu planına qarşı hərəkətə keçməlidir”.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin