Ronaldodan növbəti HET-TRİK

18:00 - 31 Mart 2024

Ronaldodan növbəti HET-TRİK

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda növbəti qollarını vurub.

 

Manset.az  xəbər verir ki, 39 yaşlı hücumçu yerli çempionatın XXV turunun matçında het-trik edib.

Təcrübəli forvard "Əl-Tai"yə 5:1 hesabı ilə qalib gəldikləri oyunun 65, 67 və 87-ci dəqiqələrində fərqlənib.

O, cari mövsüm liqadakı qollarının sayını 26-ya çatdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" hazırda 59 xalla ikinci pillədə qərarlaşıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin