Moskva hücumunda yeni həbs: Silah daşıdıqlarını etiraf etdilər

15:46 - 1 Aprel 2024

Moskva hücumunda yeni həbs: Silah daşıdıqlarını etiraf etdilər

Rusiya FSB Təhlükəsizlik Xidməti Moskvada törədilən terror aktı ilə bağlı Dağıstanda bir qrup əcnəbi kişini saxlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, saxlanılan əcnəbi şübhəlilər Moskva konsert zalında terror aktını həyata keçirən hücumçulara silah ötürdüklərini və onları maliyyələşdirdiklərini etiraf ediblər.

Beləki, saxlanılan 4 nəfərdən biri hücum edənlərə silahı şəxsən gətirdiyini etiraf edib

Martın 22-də axşam saatlarında Moskvada konsert salonunda baş verən və terror təşkilatı DEAŞ-ın üzərinə götürdüyü hücumda 144 nəfər həyatını itirib.

İŞİD məsuliyyəti öz üzərinə götürdü, lakin Rusiya da hücumla "Ukraynalı millətçilərin" əlaqəsi olduğuna inandığını söyləyib, Kiyev bu iddianı "qətiyyətlə" rədd edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin