Lukaşenkonun cangüdəni öldü - Zəhərləyiblər?

21:29 - 1 Aprel 2024

Lukaşenkonun cangüdəni öldü - Zəhərləyiblər?

Yanvarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı zəhərləndiyi ehtimal edilən Belarus prezidenti Aleksandr Lukaşenkonun təhlükəsizlik əməkdaşı ölüb.

 

Manset.az  xəbər verir ki, bu məlumatı Belarus liderinin ətrafındakı iki mənbə təsdiqləyib. "Kremlevskaya tabakerka" teleqram kanallarının məlumatına görə, Lukaşenkonun Sankt-Peterburqa səfəri zamanı onun mühafizəçilərindən biri xəstələnib və təcili olaraq Minskə göndərilib. Belarus paytaxtında mühafizəçiyə ağır metaldan - talliumdan zəhərlənmə diaqnozu qoyulduğu iddia edilir.

"Belarus bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lukaşenkonun özünün reaksiyası hələ ki, məlum deyil", - telekanal vurğulayır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin