“Crocus”dakı terror aktı ilə gündəmə gələn İslam mükafatlandırıldı - VİDEO

18:06 - 2 Aprel 2024

“Crocus”dakı terror aktı ilə gündəmə gələn İslam mükafatlandırıldı - VİDEO

Martın 22-si Moskvada “Crocus City Hall”da törədilən terror aktı zamanı çox sayda insanın həyatını xilas edən İslam Xəlilova Rusiya universitetlərinin birində təhsil almaq üçün qrant verilib.

 

Manset.az  TASS-a istinadən xəbər verir ki, əslən qırğızıstanlı olan İslam Xəlilovun mükafatlandırılması ilə bağlı Dövlət Dumasında tədbir keçirilib.

Tədbirdə 15 yaşlı gəncin valideynləri ilə yanaşı Qırğızıstanın Moskvadakı səfiri Gülnara-Klara Samat da iştirak edib.

İ.Xəlilov ona istənilən Rusiya universitetində təhsil almaq imkanının verilməsinə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, “Crocus City Hall”un qarderobunda işləyən İ.Xəlilov terror aktı zamanı 100-dən çox insanın həyatını xilas edib. Sosial şəbəkələrdə ilk olaraq onun azərbaycanlı olduğu bildirilirdi. ///Qafqazinfo


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin