İsveçrədə nənələr hökumət ilə mübazirədə qalib gəldi

16:31 - 9 Aprel 2024

İsveçrədə nənələr hökumət ilə mübazirədə qalib gəldi

İsveçrədə yaşayan bir qrup yaşlı qadın hökumətin qlobal iqlim dəyişikliyi ilə mübarizədə düzgün addımlar atmadığını bəyan edərək məhkəməyə müraciət edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün hökumətlərinin iqlim dəyişikliyi ilə mübarizədə qeyri-adekvat səylərinin isti dalğalar zamanı onları ölüm riski ilə üz-üzə qoyduğunu iddia edən bir qrup yaşlı isveçrəli qadının lehinə qərar çıxarıb.

AİHM, Bernin keçmiş istixana qazlarının azaldılması hədəflərinə çatmamasının müəyyən insan hüquqlarını pozduğunu vurğulayıb.

İsveçrədə yaşayan 2000-dən çox qadının açdığı iddianın nəticəsinin Avropada presedent qərar ola biləcəyi və belə halların artma ehtimalının olduğu bildirilib.

Qeyd olunub ki, İsveçrə üçün alınan bu qərarla hökumət qlobal iqlim dəyişikliyi ilə mübarizədə yeni addımlar atmağa məcbur ola bilər.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin