Qəzzada ölənlərin sayı 33 min 360-a çatdı

17:55 - 9 Aprel 2024

Qəzzada ölənlərin sayı 33 min 360-a çatdı

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 33 min 360 nəfər həyatını itirib, 75 min 993 nəfər isə yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarda 153 nəfərin həyatını itirdiyi, 60 nəfərin isə yaralandığı bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin