İranın İsrailə hücumu ilə “Kurtlar Vadisində”ki səhnə gündəm oldu - VİDEO

11:46 - 15 Aprel 2024

İranın İsrailə hücumu ilə “Kurtlar Vadisində”ki səhnə gündəm oldu - VİDEO

Xəbər verdiyimiz kimi, İranın İHA və qanadlı raketlərlə İsrailə qarşı hücum həyata keçirməsi ilə Türkiyənin məşhur serialı “Kurtlar Vadisi”ndəki bir səhnə gündəmə gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən səhnədə serialdakı Polat Alemdar obrazının və qarşısındakı şəxsin iki ölkə üçün apardığı müşahidələr diqqət çəkib.

İran və İsraillə bağlı səhnədəki dialoqda, "Əslində regionda İsraillə İran arasında adı qoyulmamış bir əməkdaşlıq mövcuddur. Hər ikisi bir-birinə müxalif olaraq öz varlıqlarını saxlayırlar. İsrail olmasa, İranın regionda nüfuzu olmaz. İran olmasa, İsrail amerikalılardan istədiyi kimi istifadə edə bilməz” cümlələri istifadə olunub.

Əfsanə Rəcəb

Manşet.az

 

 

 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin