Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb

18:59 - 15 Aprel 2024

Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb

Ukrayna “TikTok”da 83, o cümlədən tass_agency kanalını bloklayıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin teleqram kanalında məlumat paylaşılıb.

Bildirilib ki, buna səbəb həmin kanalların Rusiya təbliğatını yaymasıdır.

“Dezinformasiya ilə Mübarizə Mərkəzi Rusiya təbliğatının onlayn yayılmasına qarşı çıxmaq üçün “TikTok” sosial şəbəkəsinin administrasiyası ilə rəsmi əməkdaşlığa başlayıb”, - məlumatda bildirilib.

Mərkəz, həmçinin ukraynalılara müraciət edərək təxribat fəaliyyəti həyata keçirən “TikTok” kanalları haqqında məlumat göndərmələrini xahiş edib.

Qeyd edək ki, bloklanan kanallar siyahısına tass_agency ilə yanaşı, izvestia_ru, ntvru, ren_tv_news, ria_novosti, tvrussia1, simonyan.m, shaman.me, nbaskov, fkirkorov və başqaları daxildir. ///Rüport


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin