Keçirdiyi əməliyyat gözəllik kraliçasının sonu oldu

15:50 - 16 Aprel 2024

Keçirdiyi əməliyyat gözəllik kraliçasının sonu oldu

Venesuelanın gözəllik kraliçası Vilevis Brito üzündə cərrahiyyə əməliyyatı keçirdikdən sonra dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 24 yaşlı modelin Domingo Luciani Xəstəxanasında çənə əməliyyatı keçirdiyi, həkimin dodağındakı kütləni çıxardığı və çənəsindəki aşınmanı müalicə etdiyi öyrənilib.

2023-cü ildə Brito ilə gözəllik müsabiqəsinə qatılan bir iştirakçı gənc qadının üz görünüşünü dəyişdirmək üçün əməliyyat olunmadığını açıqlayıb.

Müsabiqənin iştirakçısı "Çənə əməliyyatı üz-çənənin aşınması və dodaq səviyyəsində kiçik kütlə əmələ gəlməsi səbəbindən aparılıb. Gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq üçün əməliyyat etmək qərarına gəlib. Ancaq bu, kosmetika və ya gözəllik üçün deyil, sağlamlıq üçün edilib. Əməliyyatdan uğurla çıxdığı görünürdü, amma sonra fəsadlar yaranıb” deyib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin