Maşın nömrələrini oğurlayan şəxs tutuldu

12:13 - 17 Aprel 2024

Maşın nömrələrini oğurlayan şəxs tutuldu

Paytaxtın Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlaması müəyyən olunub.

Dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin