Bakıdan Qərbə unutmayacağı DƏRS: Azərbaycan Qarabağda GÖZLƏNİLMƏZİ BACARDI

11:47 - 19 Aprel 2024

Bakıdan Qərbə unutmayacağı DƏRS: Azərbaycan Qarabağda GÖZLƏNİLMƏZİ BACARDI

Azərbaycan səbrlə, böyük dəqiqliklə bir-bir öz planını həyata keçirir. Son 4 ildə baş verən geosiyasi proseslər belə düşünmək üçün yetərlidir. İstər region dövlətlərində, istərsə də dünyanın müxtəlif nöqtələrində baş verən hərbi-siyasi çaxnaşmalar, savaşlar və xaos vəziyyətə rəğmən Azərbaycanın tamamilə fərqli məcrada qarşısına qoyduğu tapşırıqları qətiyyətlə icra etməsi diqqətdən yayına bilməz.

 

İndiki vəziyyətdə rəqibimiz tək Ermənistandırmı? Təbii ki, xeyr! Qərbin və ABŞ-nın artan təzyiqləri fonunda Rusiya və İranın da Cənubi Qafqazdakı marağını nəzərə alaraq Azərbaycana müxtəlif yollarla göstərdikləri təzyiqlər hər kəsə bəllidir. Bu cür şəraitdə milli maraqlarını və təhlükəsizliyini təmin etmək istiqamətində iradə nümayişi, eləcə də təzyiqlər qarşısında adekvat cavab imkanı əldə etməyi bacaran Azərbaycanın hazırda yürütdüyü siyasət bir çox dövlətlər üçün əsl nümunə ola bilər.

Aprelin 16-da Serbiya Prezidenti Aleksandr Vuçiçin Prezident İlham Əliyevə zəng edərək son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verdikdən sonra Azərbaycanın dəstəyinə ehtiyaclarının olduğunu qeyd etməsi bir daha Azərbaycanın beynəlxalq nüfuzunun və çəkisinin nə qədər artdığının növbəti dəfə əyani sübutudur. 

Bəli, reallıqdır ki, Azərbaycan bu gün qarşısına qoyduğu məqsədlərinə nail olmaq istiqamətində çox önəmli addımlar atır. Rusiya sülhməramlılarının ölkəmizi vaxtından əvvəl tərk etməsi qərarı kimi. Bu xəbərə ilk rəsmi reaksiya elə məhz Kremldən gəldi. Belə ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Rusiya sülhməramlılarının ölkəmizi tərk etməyə başlaması İkinci Qarabağ müharibəsindən, o cümlədən Qarabağda separatizmə son qoyduqdan sonra növbəti uğurumuz sayıla bilər. Çünki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabr ayında Qarabağa daxil olanda onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi var idi. Bu, ən optimist azərbaycanlının belə düşüncələrinə daxil idi. Sülhməramlıların Azərbaycanı rəsmi Bakının istədiyi vaxtı tərk edəcəyinə ən çox inanan və buna əmin olan yeganə insan Prezident İlham Əliyev idi.

O hətta çıxışlarından birində qeyd etdi ki, sülhməramlılar Qarabağı missiyaları bitdikləri müddətə qədər (2025-ci ilin sonuna kimi) tərk edəcəklər. Dedi və etdi! Tarix 2024-cü ilin apreli... Sülhməramlıların hələ Azərbaycanda mövcud olmaları üçün 2 ilə yaxın bir müddət qaldığı təqdirdə, belə tezliklə Azərbaycanı tərk etməsi rəsmi Bakının növbəti böyük uğuru kimi şərh edilməlidir. Çünki 10 noyabr sazişində sülhməramlıların 2025-ə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsində məhz Prezident İlham Əliyev israr etmişdi. Üçtərəfli bəyannamədə “müvəqqəti” şərtinin qoyulması və prosesin məntiqi sona çatdırılması Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsidir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar açıqlamasında da bildirdi ki, sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Bu açıqlama da bir daha Prezident İlham Əliyevin istər region, istər, dünya üçün nə qədər önəmli siyasi xadim olduğunu növbəti dəfə isbatladı.

Ona görə ki, bu gün dünyanın bir çox böyük dövlətlərinin qarşı çıxdığı, lakin "batmaqda" çətinlik çəkdiyi Rusiya ilə Azərbaycanın çox uğurlu siyasət yürüdərək, Kremli Bakının istəyinə isti yanaşmasına nail olmağı bacarması çox güman ki, Azərbaycana qarşı cəbhə açan, Ermənistana görə onu təzyiqlərə üz-üzə qoyan Qərbə əsl sillə oldu. 

Sülhməramlıların Azərbaycanı tərk etməsi prosesi Qərbin, ABŞ-nin iç üzünü növbəti dəfə açıb ortaya qoymuş oldu. ABŞ Dövlət Departamentinin nümayəndəsinin sülhməramlıların çıxarılmasını şərh edərkən Rusiyanın “etibarsız müttəfiq olduğunu” bildirməsinin başqa adı yoxdur. ABŞ-nin sülhməramlıların çıxarılmasını alqışlamaması, əksinə, neqativ tərzdə şərh etməsi Ağ Evin rikayarlığının növbəti göstəricisidir. Bu faktın özü bir daha düşünməyə əsas verir ki, ABŞ və Fransa münaqişənin həllinin ən böyük əleyhdarlarıdır.

İndiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoyması sadəcə riyakarlıqdır. Çünki hər kəsə bəllidir ki, ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadan sülhməramlı kontingenti çıxarmağa çağırıb. Hətta bu, o ABŞ-dir ki, 2022-ci ilin yanvarında Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlamışdı və s. Amma 30 il ərzində ərazilərimiz işğalda olduğu zaman Qərb və ABŞ hansı siyasəti yürüdürdülərsə, bu gün o siyasətlərinə "sadiqlik" nümayiş etdirirlər. 

Ötən ilin sentyabrında Qarabağı tam nəzarətə götürməmizlə sanki ABŞ və Qərb-in yuxusu daha çox qarışdı. Onlardan fərqli olaraq Moskva anladı ki, artıq Azərbaycan torpaqlarında hər hansı bir hərbi birləşmə saxlamaq mənasız və məntiqsizdir. Beləcə, rusiyalı hərbçilərin ərazimizdə fəaliyyətlərini davam etdirmələri üçün heç bir əsas qalmadı. Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı deməkdir. Bu, erməni separatçılarının tabutuna, olub-qalan xırda ümidlərinə də vurulan son mismar oldu.

Atabəy Türkel


Xəbər xətti

26 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin