Liftdə qalan 7 nəfər xilas edildi - VİDEO

10:10 - 22 Aprel 2024

Liftdə qalan 7 nəfər xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun Məhəmməd Hadi və Sabit Orucov küçələrində, habelə Nizami rayonunun Elşən Süleymanov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının liftlərində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirlikdən Manset.az-a verilən məlumata görə, dərhal FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən yaşayış binalarındakı liftlər dayanıb və vətəndaşlar liftlərdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan 5-i azyaşlı olmaqla 7 nəfər sakini xilas ediblər.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin