Xankəndidə silah-sursat aşkarlandı

10:53 - 22 Aprel 2024

Xankəndidə silah-sursat aşkarlandı

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 23 qumbara, iki qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, 2 780 ədəd müxtəlifçaplı patron, yeddi ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin