Ölüm xəbəri yayılan Əməkdar artist: “Səhər tezdən hamı evimə gəlir”

12:49 - 22 Aprel 2024

Ölüm xəbəri yayılan Əməkdar artist: “Səhər tezdən hamı evimə gəlir”

“Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim, ölüm xəbərinizi eşidib gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar?”

 

Manset.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev ölüm xəbərindən danışarkən deyib.

Müğənni yayılan bu məlumatdan narahatıq keçirdiyini vurğulayıb:

“Telefonlar susmur, hamı zəng edir. Ailəm, qohumlarım narahat olublar. Eşitmisən, bir dəqiqləşdir də. Çox pis olmuşam. Anlaya bilmirəm ki, niyə bu insanlar bəd xəbəri xoşlayırlar”.

Yusif Mustafayev ölüm xəbərini yayanlara mesaj verib:

“Əzrayıl mələkdir, onun bunlardan xəbəri yoxdur. Bu xəbəri yayanların acığına yaşayacağam”.

Qeyd edək ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə Əməkdar artist Yusif Mustafayevin ölüm xəbəri yayılıb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin