Şimali Koreyada nüvə hücumu məşqi keçirildi

17:10 - 23 Aprel 2024

Şimali Koreyada nüvə hücumu məşqi keçirildi

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyi təlim təşkil etdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkə lideri Kim Çen Inın nəzarəti altında baş tutan təlimdə nüvə başlıqları daşıya bilən iri 600 millimetrlik çoxsaylı reaktiv yaylım atəşi qurğuları sınaqdan keçirilib və 352 kilometr uzaqlıqdakı ada uğurla vurulub.

Təlim Şimali Koreyanın bütün nüvə qüvvələrinin komandanlıq, idarəetmə, nəzarət və əməliyyat sisteminin etibarlılığını təsdiqləyib.

Şimali Koreya lideri Kim təlimdən məmnun olduğunu vurğulayıb və bildirib ki, çoxlu raket buraxılış qurğuları snayper tüfəngləri qədər dəqiqdir. Kim qeyd edib ki, təlim Şimali Koreyanın nüvə gücünün hər an və qəfil vəziyyətlərdə müharibənin qarşısını almaq və müharibədə təşəbbüsü ələ keçirmək kimi vəzifələrini tez və dəqiq şəkildə yerinə yetirməyə hazır olması üçün vacibdir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin