Ümummili Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunan silsilə idman yarışlarına start verildi - FOTOLAR

16:42 - 23 Aprel 2024

Ümummili Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunan silsilə idman yarışlarına start verildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışlarına start verilib.

 

Manset.az xəbər verir ki, bu gün   Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində şahmat idman növü üzrə yarış baş tutub. 

Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakiminin birinci müavini Hüseyn Əfəndiyev,  Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun sədri İlham Səfərov və Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu İsrayıl İsgəndərov iştirak edib. 

İlk öncə Dövlət Himninin səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, ümummilli lider Heydər Əliyev daim idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi. Bu gün Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına Cənab prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti vardır. Cənab Prezidentimiz İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Çıxşının sonunda B.Nəbiyev bütün yarış iştirakçılarına uğurlar arzu edib. 

Çıxış edən Yasamal Rayon İcra Hakiminin birinci müavini Hüseyn Əfəndiyev bildirib ki, dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycan son 20 ildə qazandığı yüksək nəticələrin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.

Sonra çıxış edən Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov bildirdi ki, ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan beynəlxalq idman ailəsində layiqli yerini tutmaqdadır. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalqın nümayəndəsi kimi təmsil edir. Bütün bunlarda əsası Ulu Öndər Heydər Əliyevtərəfindən qoyulan və Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətində özünü ehtiva edir.

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu İsrayıl İsgəndərov qeyd edib ki, bu cür idman yarışlarının keçirilməsi həm gənclərdə idmana qarşı maraq oyadır, həm də gənc nəsil sağlam şəkildə böyüyür. Bu cür yarışların keçirilməsini yüksək qiymətləndirən İsrayıl İsgəndərov iştirakçılara uğuurlar arzulayıb.

Yarışın sonunda qalib komandanların üzvləri müvafiq olaraq diplom və medallarla mükafatlandırılıb.

Sonda ilk üç yerin qalibi olmuş komandaların üzvləri ilə xatirə şəkli çəkilib.



Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin