FIFA prezidenti “Qarabağ”ı təbrik etdi

11:05 - 27 Aprel 2024

FIFA prezidenti “Qarabağ”ı təbrik etdi

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi olmuş "Qarabağ" klubunu təbrik edib.

 

Manset.az xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam! Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm”.


Xəbər xətti

23 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin