Putin bu tarixdə Paşinyanla görüşəcək

19:18 - 6 May 2024

Putin bu tarixdə Paşinyanla görüşəcək

Rusiya prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

 

Manset.az  TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Paşinyan mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

Daha öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan Nikol Paşinyanın Rusiya prezidentinin andiçmə mərasimində iştirak etməyəcəyini açıqlayıb.

Xatırladaq ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Kremldə keçiriləcək.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin