İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək

16:48 - 8 May 2024

İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək

Ev dustaqlığında olan Pakistanın keçmiş baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibi həyat yoldaşı ilə eyni həbsxanada cəza çəkmək istəyi ilə məhkəməyə müraciət edib.

 

Manset.az xəbər verir ki, İslamabad Ali Məhkəməsi qadının vəsatətini qəbul edib.

Beləliklə, Büşra Bibi cəzasını həyat yoldaşı İmran Xanla eyni həbsxanada - Ravalpindi şəhərinin Adayal həbsxanasında çəkəcək.

Qeyd edək ki, müxtəlif cinayət əməllərində ittiham olunan keçmiş hökumət başçısı və onun həyat yoldaşı Büşra Bibi 7 il həbsə məhkum edilsə də, sonradan hər iksinin cəzası 14 ilədək artırılıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin