Hindistanda yoxa çıxan Banqladeşli deputat ölü tapıldı

11:35 - 23 May 2024

Hindistanda yoxa çıxan Banqladeşli deputat ölü tapıldı

Banqladeşdə hakim Avami Liqası Partiyasından olan millət vəkili Ənvarul Əzim itkin düşdüyü Hindistanın Qərbi Benqal əyalətində ölü tapılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mətbuata açıqlama verən Banqladeş Daxili İşlər Naziri Əsəduzzaman Xan Kamal Qərbi Benqalın Kolkatada şəhərində itkin düşdüyü bildirilən Əzimlə bağlı açıqlamalar verib.

Əzimin Kolkatada ölü tapıldığını bildirən Kamal, hadisə ilə bağlı 3 şübhəlinin nəzarətə alındığını ifadə edərək, “Hadisədə iştirak edənlərin hamısının Banqladeşli olduğunu bilirik. Bu, planlaşdırılmış qətl idi” deyib.

Deputat Əzim mayın 12-də səhhəti ilə əlaqədar Hindistana gedib, mayın 18-də onun haqqında itkin hesabat verilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin