Oksigen dəstəyi olmadan Everestə qalxmağa çalışan alpinist ölü tapıldı

13:18 - 23 May 2024

Oksigen dəstəyi olmadan Everestə qalxmağa çalışan alpinist ölü tapıldı

40 yaşlı Coşua Çeruiyot Kirui və onun 44 yaşlı nepallı bələdçisi Navanq Şerpa oksigen dəstəyi olmadan Everestin zirvəsinə qalxmağa çalışarkən itiblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baza düşərgəsinin rəsmiləri Şerpanın baza düşərgəsinə qayıtmaqdan imtina etdiyini, anormal davranışlar nümayiş etdirdiyini, geri dönməkdən və şüşə oksigen istehlak etməkdən imtina etdiyini bildirib.

Hazırda ikili ilə əlaqə kəsilib.

İnstaqramdakı son paylaşımında Kirui əlavə oksigen olmadan Everesti fəth edə biləcəyinə əminliyini ifadə edərək, “Oksigensiz bir cəhd xüsusi hazırlıq və risklərlə gəlir; Fiziki olaraq bədənim hazırdır." deyib.

Kiruinin cəhdi ilə bağlı mütəmadi olaraq yeniliklər dərc edən Keniyalı alpinist Ceyms Muhia X-də (keçmiş Twitter) yazıb:

“Qardaşımız indi dağda dincəlir. Uzun bir gecə idi".

Kiruinin ölümü eyni həftə ərzində Everestdə qeydə alınan dördüncü ölüm olub. Himalayan Times xəbər verir ki, eyni həftə eyni marşrutda rumıniyalı alpinist, britaniyalı alpinist və onun nepallı bələdçisi də ölü tapılıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin