Argentina prezidenti Miley bunu da etdi

14:06 - 23 May 2024

Argentina prezidenti Miley bunu da etdi

Argentinanın ifrat sağçı prezidenti Xavyer Miley paytaxt Buenos-Ayresdəki Luna Stadionunda özünün “Kapitalizm, Sosializm və Neoklassik Tələ” adlı yeni kitabını təqdim edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təqdimatı tribunadan izləmək istəyən Miley azarkeşi argentinalılar saatlar öncədən stadionun qarşısında növbəyə düzülüblər.

Argentinalı “La Renga” hard-rok qrupunun “Panic Show” mahnısı ilə podiuma çıxan Miley, rok ulduzu kimi rəqs edərək səhnə qarşısında ona toxunmaq istəyən pərəstişkarlarının əlini sıxmağı da unutmayıb. bir bir.

Buenos-Ayresdəki Belgrano Universitetində bakalavr və magistr təhsilini başa vuran Miley müxtəlif özəl qurumlarda iqtisadi məsləhətçi kimi çalışıb.

Keçmiş televiziya ulduzu və iqtisadçı olan Miley tez bir zamanda trend sözləri ilə ölkəsində çox məşhur bir fiqur olub.

Latın Amerikası ölkələri arasında Argentina yüksək təhsilli əhalisi və regionda güclü iqtisadi potensialına görə Braziliya və Meksikadan sonra üçüncü yeri tutur.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin