BMT Srebrenitsa soyqırımı ilə bağlı qətnamə QƏBUL EDİB

20:56 - 23 May 2024

BMT Srebrenitsa soyqırımı ilə bağlı qətnamə QƏBUL EDİB

BMT Baş Assambleyası Srebrenitsada soyqırımla bağlı qətnamə qəbul edib.

 

Manset.az  xəbər verir ki, qətnamə birmənalı şəkildə “Srebrenitsa soyqırımının tarixi hadisə kimi inkarını” pisləyir.  

Bundan əlavə, iyulun 11-i Srebrenitsa Soyqırımı Qurbanlarının Beynəlxalq Anım Günü elan edilib.

Qeyd edək ki, Srebrenitsa soyqırımı 1995-ci ilin iyulunda keçmiş Yuqoslaviyada baş verib. Bu soyqırım zamanı Serb ordusu ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin