Azərbaycan və Ermənistan sərhədçiləri sərhəddə xidmətə başlayır

09:19 - 24 May 2024

Azərbaycan və Ermənistan sərhədçiləri sərhəddə xidmətə başlayır

Bu gündən başlayaraq Ermənistanın Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində mühafizəsini rəsmən öz üzərinə götürür.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. 

Məlumata görə, burada söhbət Berkaber kəndi yaxınlığında 1,9 kilometr, Voskepar və Bağanis kəndlərində 4,9 kilometr ərazidən gedir. 

Bildirilir ki, dövlət sərhədinin Kirants istiqamətindəki 5,8 kilometrlik hissəsində sərhədin mühafizəsi keçid sxemi üzrə həyata keçiriləcək: “Eyni məntiqə uyğun olaraq, mayın 24-dən Azərbaycanla sərhədin qeyd olunan istiqamətlərində dövlət sərhədinin mühafizəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirəcək”.

Xatırladaq ki, dünən erməni mediası Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndində üzərində “AZE” yazılı sərhəd dirəklərinin quraşdırılması prosesinin davam etdiyini, eləcə də həmin kənddə sərhədçilər üçün evlərin quraşdırılması işlərini əks etdirən görüntülər yaymışdı.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin