Şəmkir su anbarında batan var - VİDEO

13:23 - 24 May 2024

Şəmkir su anbarında batan var - VİDEO

Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987- cil təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlu batıb. 

 

FHN Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, onun balıq ovuna çıxdığı ehtimal olunur. 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış dərhal qrupu axtarışlara cəlb olunub.

Hazırda axtarış işləri davam etdirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin