Ağdamda 13 yaşlı qız itkin düşdü

10:25 - 1 İyun 2024

Ağdamda 13 yaşlı qız itkin düşdü

Ağdam rayonunda yeniyetmə qız itkin düşüb.

 

Manset.az xəbər verir ki, rayonun Quzanlı qəsəbə sakini A.Nərimanova polisə müraciət edərək 2011-ci il təvəllüdlü qızının itkin düşdüyünü bildirib.

O qeyd edib ki, övladı mayın 30-da birgə yaşadıqları evi tərk edib və bir daha geri qayıtmayıb.

Müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin