Təqaüdlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - Nazir müavini açıqladı

12:37 - 3 İyun 2024

Təqaüdlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - Nazir müavini açıqladı

Təqaüd xərclərinin optimallaşması bizə hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına imkan yaradacaq. Peşə hazırlığına cəlb olunanlara əməkhaqqı deyil, təqaüd ödənilir. Eyni zamanda onların nəqliyyat xərcləri İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına konpensasiya olunur.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklikliyin müzakirəsi zaman deyib.

Nazir müavini bildirib ki, təqaüdün məbləğinin yenə də aylıq minimum əməkhaqqının məbləği ilə bağlantısı saxlanılacaq.

"Növbəti dövrdə minimum əməkhaqqı artdıqca, təqaüdün məbləği də artacaq. Peşə hazırlığına cəlb oluna şəxs əvvəlcədən bilməlidir ki, harada işləyəcək. Peşə hazırlığı heç bir halda təqaüd almaq məqsədilə proqrama daxil olmanı stimullaşdırmamalıdır”, - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, “Məşğulluq haqqında” qanuna dəyişiklikliyə əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği minimum əməkhaqqının 50 faizi dəyərində müəyyən edilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin