Bu ölkədə təhlükəli virus yayılıb - Çox sayda ölən var

18:08 - 5 İyun 2024

Bu ölkədə təhlükəli virus yayılıb - Çox sayda ölən var

Konqo Demokratik Respublikasında (DRC) yeni virus yayılıb.


Manset.az-ın məlumatına görə, alimlər yeni viusu "M çiçəyi" (Mpox) adlandırıb.

Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada yanvarın 1-dən indiyədək 7 min 396 yoluxma hadisəsinin aşkar edildiyi və epidemiya səbəbindən 371 nəfərin öldüyü bildirilib. 

Açıqlamada ölkədəki 26 əyalətdən 22-də "M çiçəyi" hadisəsinin görüldüyü, epidemiyanın 4 min hadisə ilə ən çox Ekvator əyalətini təsir etdiyi bildirilir.

Ötən il ölkədə 14 min 626 milyon yoluxma faktı aşkarlanıb, onlardan 654-ü ölümlə nəticələnib.

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqları, titrəmələr, baş ağrıları, əzələ ağrıları və halsızlığa səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, ölüm nisbəti 3-6 faiz arasında göstərilən xəstəliyə yoluxma və ölüm hallarının faktiki sayı bəzi ölkələrdə az məlumat verildiyi üçün daha yüksəkdir.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin