Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları tapşırıqlar icra ediblər - VİDEO

14:38 - 8 İyun 2024

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları tapşırıqlar icra ediblər - VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimi davam edir.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

"Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin