BRICS sammitinin geniştərkibli iclası başladı - CANLI
23 Oktyabr 2024
00:03 - 18 İyun 2024
ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əs-Səud ilə telefon danışığında Qəzza zolağında böhranın həlli və münaqişədən sonra fəaliyyətlərin əlaqələndirilməsini müzakirə edib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
"Dövlət katibi və xarici işlər naziri Qəzzada sabit atəşkəsə nail olmaq, bütün girovların azad edilməsini təmin etmək, Qəzzada humanitar yardımı artırmaq üçün davam edən səyləri, münaqişədən sonra koordinasiyanı müzakirə ediblər.
Blinken BMT əməkdaşlarının Yəmən husiləri tərəfindən saxlanılmasından və Qırmızı dənizdə gəmilərə qarşı davam edən hücumlardan da narahatlığını ifadə edib", - məlumatda bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin