Perunun ucqar bölgəsində qəbilə halında yaşayan insanlar tapılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən şəxslər qəbilə halında yaşayan və dünya ilə heç bir əlaqəsi olmayan "Masko Piro" qəbiləsidir.
Yayılan videoda qəbilə üzvlərinin uzun saçlı, çılpaq və yalın ayaqları olduğu, nizə və əşya daşıdıqları görünür.
Sözügedən görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Fidan Əliyeva
Manşet.az