Türk bayrağının endirilməsini tələb etdi - Konserti ləğv olundu (VİDEO)

14:59 - 18 İyul 2024

Türk bayrağının endirilməsini tələb etdi - Konserti ləğv olundu (VİDEO)

Yunan müğənni Despina Vandi Çeşmədə keçirilən konsertdə Türkiyə bayrağının və Atatürk afişasının endirilməsini tələb etdiyi üçün onun konserti ləğv olunub. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Təhsil Vəqfinin İzmir Şöbəsi tərəfindən Çeşmə Açıq Hava Teatrında təhsilin xeyrinə konsert təşkil olunub.

Tamaşaçılarla dolu olan teatrda konsert verməyə hazırlaşan Despina Vandi gözləməyə baxmayaraq səhnəyə çıxmayıb.

Bir müddət sonra açıqlama verən Fondun İzmir Şöbəsinin prezidenti Gülnur Sonbayraktar müğənninin gözlənilməz səbəblərdən son anda konsertə gələ bilmədiyini, biletlərin istəyənlərə geri qaytarıla biləcəyini açıqlayıb.

Daha sonra müğənninin səhnədəki bayrağa və Atatürkün posterinə görə səhnəyə çıxmaqdan imtina etdiyi məlum olub.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin