İnsan beyninə 2-ci dəfə çip taxıldı

11:40 - 5 Avqust 2024

İnsan beyninə 2-ci dəfə çip taxıldı

İnsan beyni üçün çip implantasiyası ikinci dəfə də uğurla tamamlanıb və çox yaxşı işləyir.

 

Manset.az TASS-a istinadla məlumatına görə, bu barədə İlon Mask xəbər verib.

"Göz dəyməsin, amma görünür ki, ikinci implantla hər şey çox yaxşı keçdi. O, çox yaxşı işləyir", - deyə Mask vurğulayıb.

Qeyd edək ki, insan beyninə yerləşdirilə biləcək çiplərin hazırlanması ilə məşğul olan "Neuralink" startapı 2016-cı ilin iyul ayında İlon Mask tərəfindən yaradılıb. Amerikalı milyarder hesab edir ki, bu cür neyro-interfeyslər insanın kiborqa çevrilməsinə, süni intellektə qarşı dura bilməsinə, eləcə də insanların birbaşa fikir gücü ilə kompüteri idarə etməyi öyrənməsinə kömək edəcək.

Xatırladaq ki, yanvarın sonunda "Neuralink" ilk dəfə olaraq insan beyninə implant yerləşdirdi. Mayın ortalarında isə Mask neyrotexnoloji şirkətinin beyin implantının yerləşdirilməsi üzrəikinci pasiyent kimi klinik sınaqda iştirak etmək üçün müraciətləri qəbul etməyə başladığını bildirib.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin